Mobil versiya
Soğan ucuzlaşdı, indi pomidor bahalaşdı
Tarix: 08-04-2019 | Saat: 10:21
Bölmə:Karusel / Ölkə | çapa göndər

Soğan ucuzlaşdı, indi pomidor bahalaşdı




İranda son günlər soğanın ixracına tətbiq olunan qadağa bu məhsulun 40% ucuzlaşmasına gətirib çıxarıb.

Bunu Tehran Meyvə və Tərəvəz Satıcıları Assosiasiyasının direktoru Həsən Sabiri Herəndi açıqlamasında deyib.

S.Herəndinin sözlərinə görə, əvəzində pomidora tətbiq olunan ixrac qadağasının aprelin 4-dən ləğv edilməsi ilə bu məhsulun qiyməti 2 dəfə artıb.

Direktor əlavə edib ki, meyvə-tərəvəz bazarlarında 1 kiloqram pomidorun qiyməti 50 min riala (təxminən 1,19 dollar) bahalaşıb.

S.Herəndinin sözlərinə görə, 1 kiloqram pomidorun qiyməti ixrac qadağası ləğv olunanadək 20 min rial (təxminən 0,47 dollar) idi.

Qeyd edək ki, İranda son vaxtlar bahalaşma ilə əlaqədar İranın Sənaye, Mədən və Ticarət Nazirliyi bazarı tənzimləmək məqsədilə soğanla yanaşı, kartofun da ixracına qadağa tətbiq edib.(trend)



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024