Mobil versiya
Astarada yol qəzası zamanı bir nəfər ölüb
Tarix: 06-04-2019 | Saat: 17:08
Bölmə:Cəmiyyət | çapa göndər

Astarada yol qəzası zamanı bir nəfər ölüb


Astarada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Pəlikeş kəndində "Ağ körpü" kimi tanınan ərazidə baş verib. Tüləgivan kənd sakini Ədalət Şəkərovun idarə etdiyi UAZ markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən yolda keçinib. Qəza zamanı avtomobildə olan sərnişinlər digər sərnişinlər, 1980-ci il təvəllüdlü Müqəddəs Eyvazov və 1985-ci il təvəllüdlü Ceyhun Gülməmmədov isə xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024