Mobil versiya
Azərbaycanda imtahandan kəsilən tələbə özünü öldürdü – FOTO + YENİLƏNİB
Tarix: 11-01-2016 | Saat: 14:51
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


DİN tələbənin intiharı ilə bağlı məlumat yaydı.

Azərbaycan DİN Sumqayıt Dövlət Universitetinin intihar etmiş tələbəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini R.Qasımovanın meyiti şəhər ərazisindəki dəniz sahilində tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

12:07

Azərbaycanda I kurs tələbəsi intihar edib.

Oxu.Az xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin I kurs tələbəsi Rumiyyə Qasımova imtahandan kəsildiyi üçün həyatına qəsd edib.

Bu barədə gənc qızın dostları sosial şəbəkələrdə yazıblar.

Bildirilir ki, Saray qəsəbəsində yaşayan Rumiyyə özünü dənizə atmaqla intihar edib.

Gənc qızın anası da övladının imtahanlardan kəsildiyinə görə özünə qəsd etdiyini bildirir.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024