Mobil versiya
Nazir: "Azərbaycanla münasibətləri normallaşdırmadan erməni xalqının gələcəyi yoxdur"
Tarix: 06-04-2019 | Saat: 15:50
Bölmə:Manşet / Siyasət | çapa göndər

Nazir:


Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüş Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərin mövqelərində kəsişmə nöqtələrinin ortaya çıxmasına səbəb oldu.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov"Moskva-Baku”ya müsahibəsində deyib.

"Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin görüşündən üç saat sonra Ermənistan müdafiə naziri hədə-qorxu dolu bəyanat verir. Fikrimcə, bu, əlbəttə ki, hansısa daxili auditoriyaya ünvanlanıb”, - E.Məmmədyarov bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münaqişəsinin 30 ildən çox davam etməsi Yerevanı çox geriyə atıb.

"Mən həmişə erməni dostlarımızdan soruşuram: 30 ildir bu münaqişə gedir, Ermənistan vətəndaşlarına bunun da faydası olub, görəsən? Ölkədə yoxsulluq səviyyəsi 40 faizdən yuxarı, perspektiv görünmür, demoqrafik vəziyyət fəlakət həddində, ən ağıllı kim varsa, baş götürüb qaçır. Bütün bunlar bir çarə axtarıb tapmağı zəruri edir. Vəziyyəti təhlil edərkən bunlar mütləq dərk olunmalıdır”, - nazir qeyd edib.

Eyni zamanda, E.Məmmədyarov əlavə edib ki, 20 faiz torpağının işğal altında olmasına baxmayaraq, Bakı əhəmiyyətli iqtisadi artıma nail olub:

"Dəmir və avtomobil yolları tikmişik; neft satırıq; neft və qaz boru kəmərləri tikmişik”.

Nazir, həmçinin, erməni lobbisinin Ermənistana dəstək vermək və Yerevanı bu vəziyyətdən çıxarmaq gücündə olmadığını bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistan rəhbərliyi xalqını qonşularla sülhün vacibliyinə inandırmalıdır.

"Hazırda top erməni meydanındadır. Onlar xalqını inandırmalıdır ki, sülh vacibdir. Onlar bəzən deyirlər, "bilirsiniz, Qarabağ erməniləri çətin adamlardır”... Bu, sizin probleminizdir. Siz insanlara başa salmalısınız ki, Azərbaycanla münasibətləri normallaşdırmadan erməni xalqının gələcəyi yoxdur”, - E.Məmmədayrov əlavə edib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024