Mobil versiya
Nazir soğanın bahalaşmasından danışdı: “Tədbir görüləcək”
Tarix: 05-04-2019 | Saat: 19:48
Bölmə:İqtisadiyyat | çapa göndər

Nazir soğanın bahalaşmasından danışdı:



"Bir aydır soğanın qiymətində bahalaşma olub. Bu siyahıya kartofu və kələmi də əlavə etmək olar".

Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, İqtisadiyyat Nazirliyi qiymətlərin qalxamasının səbəbləri araşdırılır: "Pərakəndə bazarlar daim nəzarət altındadır. Gündəlik təlabata daxil olan məhsullar daha ciddi nəzarət altındadır. Ancaq qiymətlərin artımı bizi narahat edir".

Ş.Mustafayev qeyd edib ki, hökumət tərəfindən bununla bağlı müvafiq tədbirlər görüləcək:

""Soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək. Soğanın dəyərinə spesifik idxal rüsumu tətbiq olunurdu. Bu kilosuna 60 sent həcmində idi. Biz bunu aradan qaldırmaq istəyirik. Biz bu xüsusi rüsumun iki ay müddətinə dayandırılmasını istəyirik. Bazarda aparılan monitorinqlər davam etdiriləcək. Biz inanırıq ki, tədbirlər nəticəsində bazardakı qiymətlər sabitləşəcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə