Mobil versiya
"Sovetski" sakinlərinə ucuz ev alacağını deyib, yarım milyon topladı - 9 İL HƏBS
Tarix: 05-04-2019 | Saat: 17:30
Bölmə:Cəmiyyət | çapa göndər

"Sovetski" sakinlərinə ucuz ev alacağını deyib, yarım milyon topladı


Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların külli miqdarda pullarına ələ keçirməkdə təqsirləndirilən İradə Cəfərli və Yeganə Məmmədovanın məhkəməsi bitib.

Bakupost.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə İ.Cəfərli 7 il 7 ay, Yeganə Məmmədova isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, İradə Cəfərli evləri plana düşən "Sovetski” sakinlərinə söz verib ki, onlara banklarda girov olan və hərracda ucuz qiymətə satılan evlər tapacaq. Bu işdə 12 zərərçəkən tanınıb. Amma onların hamısı ev almaq istəyənlər deyil. Zərərçəkənlər arasında şəhid olmuş oğluna görə dövlətin verməli olduğu sığorta pulunu almaq istəyən anadan tutmuş, bacısını həbsxanadan çıxarmağa çalışan, ölmüş həyat yoldaşının əmlakı ilə bağlı sənədləşməni yoluna qoymaq istəyənlərə qədər xeyli adam var.

İttiham aktında yazılır ki, Bakı sakini Samirə Həsənova banklarda girov olan evlərdən birini ucuz qiymətə almaq üçün 120 min manat, anası Çimnaz Həsənova isə 100 min manat pul verib. Başqa bir zərərçəkən isə Rüfət Tağıyevdir. O, metronun "Qara Qarayev” stansiyası yaxınlığında yerləşən və bankda girov olan binadan evlər almaq üçün bir neçə dəfəyə 80 min manatını İradə Cəfərliyə verib.

İradə Cəfərli hüquqşünas kimi məhkəmələrdə mülki işlərdə nümayəndə qismində vətəndaşların hüquqlarını müdafiə edib.

İş üzrə zərərçəkənlərə yarım milyon manatdan çox ziyan dəyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə