Mobil versiya
“Zərifə Əliyeva liseyi”ndə aprel şəhidlərindən yazan jurnalistlə görüş keçirilib - FOTOLAR
Tarix: 05-04-2019 | Saat: 17:19
Bölmə:Ölkə | çapa göndər

“Zərifə Əliyeva liseyi”ndə aprel şəhidlərindən yazan jurnalistlə görüş keçirilib



Qəhrəman aprel şəhidləri Azərbaycanın bütün təhsil müəssisələrində ehtiramla yad edilir. Bu gün Zərifə Əliyeva adına liseydə aprel şəhidlərinin və şahidlərinin qəhrəmanlığını, həyat hekayətlərini “Qalibiyyət: şəhidlər və şahidlər” kitabının müəllifi Aida Eyvazlı Göytürk və kitabın qəhrəmanlarından biri, aprel döyüşlərinin iştirakçısı Azərbaycan Ordusunun zabiti Həsrət Almaslı ilə məktəblilərin görüşü keçirilib.

Vətən uğrunda canından kçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Vəliyeva qeyd edib ki, Azərbaycan prezidenti “Aprel döyüşləri bizim şanlı qələbəmizdir!” fikri indi bir deviz kimi bütün Azərbaycanı və türk dünyasını dolaşmaqdadır.

İlham Əliyevin söylədiyi “Aprel döyüşləri bizim şanlı qələbəmizdir!” fikri indi bir deviz kimi bütün Azərbaycanı və türk dünyasını dolaşmaqdadır.

“Qalibiyyət: şahidlər və şəhidlər” kitabın müəllifi kitabda həyat hekayətlərini yazdığı şəhidlərin ailələrində qarşılaşdığı yaddaqalan görüşlərdən, eyni zamanda aprel döyüşçülərinin 2-5 aprel günlərində Azərbaycanın yeni zəfər tarixini yazdığını bildirib.
Aprel döyüşçülərinin iştirakçısı hərbçi Həsrət Almaslı Azərbaycan Ordusunun əsgərlərinin öz tarixi torpaqlarını hər zaman hazır olduğunu və bu gücə qadir olduğunu söyləyib. Qonaqlar məktəbliləri maraqlandıran sualları cavablandırıblar.

Şagirdlərin görüşün sonunda yazıçı-jurnaist Aida Euvazlı öz kitablarını Zərifə Əliyeva adına məktəbə hədiyyə edib və məktəbin müəllim və şagird kollektivi ilə xatirə şəkli çəkilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024