Mobil versiya
Vasif Talıbovun həyat yoldaşı təcili Türkiyə xəstəxanasına yerləşdirildi – FOTO
Tarix: 11-01-2016, 14:41 | Saat: 15:47:00
Bölmə:Səhiyyə / Manşet / Karusel | çapa göndər

Vasif Talıbovun həyat yoldaşı təcili Türkiyə xəstəxanasına yerləşdirildi – FOTO
Türkiyədən xüsusi təyyarə göndərildi.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun həyat yoldaşı Sevil Talıbovanın səhhəti anidən ağırlaşıb.

Oxu.Az bu barədə Milliyyət qəzetinə istinadən xəbər verir.

Məlumata əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun şəkərli diabet xəstəsi olan 55 yaşlı həyat yoldaşı S.Talıbovanın səhhəti ağırlaşdığı üçün o, Naxçıvanın Mərkəzi Xəstəxanasına yatırılıb.

Pasientin vəziyyəti getdikcə pisləşdiyi üçün Türkiyə Səhiyyə Nazirliyinə yardım üçün müraciət etmək qərara alınıb.

Bu müraciətdən sonra Türkiyə təcili yardım xidmətinin rəhbəri Selcuq Gedik Ankara Universitetinin Ürək və ürək-damar cərrahiyyəsi Elmi-tədqiqat mərkəzinin həkimi Ruçhan Akar ilə məsləhətləşib.

Müsbət cavab aldıqdan sonra S.Talıbovanın Türkiyənin “İbn Sina” xəstəxanasına təxliyyə hazırlıqları başlayıb.

Yanvar ayının 10-na keçən gecə R.Akar başda olmaqla türk həkimlərindən ibarət qrup xüsusi təyyarə ilə Naxçıvana uçub, ora xəstənin Türkiyəyə gətirilməsi üçün bütün lazımi avadanlıq çatdırılıb.

Azərbaycanlı həkimlər ilə məsləhətləşdikdən sonra türk tibb işçiləri S.Talıbovada kəskin ağciyər çatışmazlığı aşkar edib. Xəstə ECMO adlanan cihaza qoşulub.

Bütün gecə boyu Talıbovanın “İbn Sina” xəstəxanasına təxliyyəsinə hazırlıq aparılıb. Sevil Talıbova ağciyərlər funksiyasını yerinə yetirmədikdə və ya ürək fəaliyyəti dayandığı halda istifadə edilən cihaza qoşulub.

V.Talıbov və onun ailə üzvləri də Ankaraya uçub, Milliyyət qəzeti yazır.

S.Talıbova “İbn Sina” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti qənaətbəxş hesab edilir, amma xəstəxanadan nə vaxt çıxarılacağı məlum deyil.

Həkimlərin sözlərinə görə, S.Talıbova ECMO cihazına qoşulub, bu müalicə iki həftəyə yaxın davam edəcək. S.Talıbova Türkiyəyə ECMO cihazına qoşulma vəziyyətində çatdırılan ilk xəstə olub.
Vasif Talıbovun həyat yoldaşı təcili Türkiyə xəstəxanasına yerləşdirildi – FOTO
Vasif Talıbovun həyat yoldaşı təcili Türkiyə xəstəxanasına yerləşdirildi – FOTO



5655 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30