Mobil versiya
“Heç bir quşun adını dəyişməmişik” - Zoologiya institutunun direktoru
Tarix: 05-04-2019 | Saat: 16:59
Bölmə:Gündəm | çapa göndər

“Heç bir quşun adını dəyişməmişik”


AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov Nəsimi adına Dilçilik İntitutunun direktoru Möhsün Nağısoylunun "Dilçilik İnstitutu quşların adlarının dəyişdirilməsi ilə bağlı təklif verməyib, bu, təxribatdır” fikrinə münasibət bildirib.

E.Yusifov BakuPost-a açıqlamasında deyib ki, Azərbaycanda quşların adı hələ dəyişdirilməyib, sadəcə bu barədə təklifləri var: "Elmi şura təkliflər verə bilər, o təkliflər qəbul oluna da bilər, olunmaya da. Biz hələ son qərara gəlməmişik”.

E. Yusifov deyib ki, quşların ad məsələsinə görə problem yaşayırıq: "Biz institutda ortaq qərara gələndən sonra təkliflərimizi verəcəyik, komissiya öz fikrini deyəcək, daha sonra akademiyanın prezidenti imza atacaq. Bütün bunlardan sonra bu qərar qəbul edilə bilər. Yenə də deyirəm, biz heç bir quşun adını dəyişməmişik. Hər bir mütəxəssisin öz təklifi var, o müəllif öz məqaləsində bir ad yazır, başqa müəllif tamam başqa ad yazır. Hər kəs də öz tərəfindən haqlıdır. Buna görə də problemlər yaranır”.

Qeyd edək ki, AMEA Zoologiya İnstitutu Elmi Şurasının aprelin 3-də keçirilən iclasında bəzi quş növlərinin yerli adları müzakirə edilib.

Müzakirəyə çıxarılan 140 növün adları arasından 20 quş növünün yerli adları ornitoloqların təklifi ilə dəyişdirilib. Lakin bu barədə Dilçilik İnstitutuna məlumat verilməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024