Mobil versiya
SOCAR qazma işlərinin həcmini azaltdı
Tarix: 04-07-2015 | Saat: 14:18
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


İyun ayının göstəriciləri açıqlandı.

2015-ci ilin iyun ayı ərzində SOCAR (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9518 metr qazma işi həyata keçirib. Bu da 2015-ci ilin may ayının göstəricisindən 1257 metr və ya 11% azdır.

Şirkətin məlumatına görə, görülmüş işlərin hamısı istismara aid olub. Ümumiyyətlə, 2015-ci ilin yanvar-iyun aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 53436 metr qazma işi görülüb ki, bunun da 52436 metri istismara, 1000 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 35 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə