Mobil versiya
“Yubilyeni də keçirmişik, nə istəyir, bilmirəm?!” - Anar Musa Yaquba cavab verdi
Tarix: 4-04-2019, 12:14 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

“Yubilyeni də keçirmişik, nə istəyir, bilmirəm?!” - Anar Musa Yaquba cavab verdi


"Musa Yaquba həmişə yüksək münasibət göstərmişik, hörmətini gözləmişik”.

Bunu BakuPost-a açıqlamasında AYB sədri, yazıçı Anar deyib. O, şair Musa Yaqubun "AYB xəstə vaxtı mənə kömək etmədi” iddiasına münasibət bildirib.

A.Rzayev bildirib ki, AYB-də Musa Yaquba münasibət həmişə yüksək olub: "Onun yubileyini də qeyd eləmişik. İndi nə istəyir, xəbərim yoxdur”.

AYB sədri deyib ki, Musa Yaqub xəstə vaxtı ona kömək edilməsi ilə bağlı ona heç vaxt müraciət etməyib.

Qeyd edək ki, şair Musa Yaqub Bakupost.az-a müsahibəsində deyib ki, xəstə yatağında yatdığı zaman AYB-yə müraciət edib, ancaq kömək etməyiblər: "Dedim, məni Türkiyəyə göndərin, göndərmədilər. Dedilər, gərək, icra başçısı desin, sonra kömək edək. Qorxdular. Anar bütün tədbirlərimdə iştirak edib, bircə bu işdə yox, qorxub. Dövlət də kömək etmədi.Bütün xərclərimi özüm çəkmişəm. Mənə prezident təqaüdü də verməyiblər".

aia.az



5220 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930