Mobil versiya
“Bayrağı tərs asan Ukrayna şirkəti bizdən üzr istədi” – Hikmət Cavadov
Tarix: 03-04-2019 | Saat: 18:32
Bölmə:Gündəm | çapa göndər

“Bayrağı tərs asan Ukrayna şirkəti bizdən üzr istədi” – Hikmət Cavadov


Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov qurumun Jitomir nümayəndəliyinin qərargahının binasında Azərbaycan bayrağının tərsə asılması məsələsinə münasibət bildirib.

O, Bakupost.az-a bildirib ki, məsələdən xəbərdar olan kimi, yanlışlıq aradan qaldırılıb: "Ukraynanın əksər vilayətlərində ofislərimiz var. Bəzən belə texniki səhvlər də olur. Binadakı bayraqlar köhnəlmişdi. Yeni bayraqlar alınıb və bayrağı təmin edən ukraynalı şirkət işçiləri onu tərsinə asıblar. Lakin artıq məsələyə müdaxilə etmişik və düzəltmişik”.

H.Cavadov onu da deyib ki, Ukrayna şirkəti bu səhvə görə artıq onlardan üzr istəyib.

Diaspor sədri bayrağın yanlış asılmasına diqqət edən, onu ictimailəşdirən şəxsə təşəkkür edib:
"Düşünürəm ki, xaricdə yaşayan azərbaycanlıların formalaşdırdığı diasporlar həmin ölkənin bütün vilayət və şəhərlərində öz nümayəndəliklərini açmalıdırlar və orada Azərbaycan bayrağı dalğalanmalıdır. Biz bu işi yüksək səviyyədə həyata keçiririk, həmin ofislər azərbaycanlıların evinə çevrilir, onlara hüquqi yardımlar göstərilir və.s. Sevinirəm ki, Azərbaycan ictimaiyyəti bu mərkəzləri nəzarətdə saxlayır. Buna görə də onlara təşəkkür edirəm”.

E.Mirzəyev
BakuPost

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024