Mobil versiya
“Gündə 3-5 adamla yatıram, həzz almıram, iş kimi baxıram” – AZƏRBAYCANLI FAHİŞƏ İLƏ SÖHBƏT
Tarix: 03-04-2019 | Saat: 13:42
Bölmə:Media | çapa göndər

“Gündə 3-5 adamla yatıram, həzz almıram, iş kimi baxıram” – AZƏRBAYCANLI FAHİŞƏ İLƏ SÖHBƏT


3 aprel 2019-cu il, gecə saat 2-dir. Evdən çıxıram. Gedəcəyim yer Bakıdakı gecə klublarından biridir.

Saat 02:47. Hələ də axtarıram.

Saat 03:17. Axtardığımı küçədə tapıram. 27-28 yaşlarında bir xanımla rastlaşırıq. Sanki o da məni gözləyirmiş kimi qarşılayır. Otel-motel qarışıq əlli manat.

Hətta taksi xidməti də bura daxildir. Otelə gedirik.

Saat 03:53. Oteldəyik. Biryataqlı otaqda səliqə-səhmandan söhbət gedə bilməz. Otağın qəribə iyi adamın bütün ehtirasını öldürür. Qız alt paltarlarına qədər soyunub yataqda oturur. Mən isə qarşıdakı masada yazıram. Qız gözləyir və çox səbirsizdir. Nəhayət, dillənir:

- Sən bura yazı yazmağa gəlmisən?

- Yox, bir məsələ yadıma düşdü, onu qeyd edirdim. Bir az yaddaşsızam, yazmasam olmur.

- Özün bil, mən bir saatdan sonra çıxıb gedəcəm.

Saat 04:12. Qızın səbri tükənir, nəsə etməliyəm.

- Hələ vaxtımız çoxdur, gəl biraz söhbət edək. Adın nədir?

- Gülya.

- Yəqin, qısası belədir.

- Hə, ancaq hamı mənə belə deyir.

- Neçə vaxtdır bu işlə məşğulsan?

- Anket doldurursan? Nəyinə lazımdır? Gəl işini gör, çıxıb gedək.

Söhbətimiz belə davam edə bilməzdi. Gülya özündən çıxırdı. Başqa bir şey etməliydim. Telefonda səsyazmanı aktiv elədim. Yaxındakı stola qoyub onun yanında, yatağın digər tərəfində oturdum. Rola girməliydim.

- Bilirsən, Gülya, mən kobud adam deyiləm. Çox kövrək və saf biriyəm. Nə olsun ki, bu yoldasan, sən də bir insansan, qadınsan. Mənim sənə hörmətim var. İstəyirəm, bir-birimizi tanıyaq. Hər şey bir az romantik olsun. Heyvan kimi yatağa girməyək.

- Sən içkilisən?

- Yox, necə bəyəm?

- Qəribə adamsan, harda işləyirsən?

- Nazirlikdə şöbə müdiriyəm.

- Yəqin, yaxşı qazanırsan.

- Hə, pis deyil, neçə yaşın var?

- 31.

- Göstərmirsən.

- Nəyi?

- Yaşını da, sənə uzağı 25 verərəm.

- Sağ ol, gəl başlayaq.

- Bir az da danışaq sonra. De görüm niyə bu işi görürsən?

- Bəs neynəyim? İş yoxdur.

- Tənhasan?

- Bir qızım var, atası aliment də vermir.

- İndi qızın hardadır?

- İşə çıxanda bacımgilə qoyuram.

- Bacın bilir nə işləyirsən?

- Yox, bilsə, qan düşər. Elə bilir, çörək sexində işləyirəm.

- Anan, atan, qardaşın yoxdu?

- Atam rəhmətə gedib. Anam kənddə yaşayır, kiçik qardaşımgildə. Böyük qardaşım da xaricdədir, Rusiyada.

- Heç olmasa ev-eşiyin var?

- Kirayədə yaşayıram.

- Pulunu verə bilirsən?

- Şükür Allaha, işim yaxşı olanda heç bir problemim olmur.

- Gündə neçə müştərin olur?

- 3-4, bəzən 5-6.

- Axı, xəstəlik tapa bilərsən.

- Özümü qoruyuram. Hər dəfə kişi ilə yatandan sonra yuyunuram. Gedib evdə də təzədən hamamlanıram.

- Bəlkə də sən hansısa xəstəliyə tutulmusan, xəbərin yoxdur. Mənə də keçirə bilərsən.

- Yox, vallah, elə şey olmaz, narahat olma. Mən çox təmizkar. Hər ay qadın həkiminə gedib, müayinədən də keçirəm.

- Olur ki, özündən iyrənirsən, bezirsən bu işdən?

-Hə, çox olur, amma neynəyim... məcburam...

- Bir qadın kimi bezmirsən bu qədər çox adamla sevişməkdən? Seksdən hələ də həzz ala bilirsən heç?

- Nə həzzi, əşi. Həzzdən keçib bizimki. Buna həzz kimi yox, iş kimi baxıram.

- Sinən niyə elə qızarıb?

- Keçmiş ərim yandırıb.

- Vay-vay, niyə?

- Qaynar çayı üstümə tökdü. Hər gün içib gəlib məni döyürdü. Evdə yeməyə çörəyimiz olmurdu. Şükür ki, ondan canımı qurtardım.

- Birdən yaxınların bildi ki, bu yoldasan...

- Bilməzlər. Mən ehtiyatlı işləyirəm.

Saat 04:43. Söhbətin qızğın vaxtıdır. İlk dəfədir ki, lüt xanımdan müsahibə alıram. Pulunu ödədiyim vaxt bitmək üzrədir.

- Necə qazanırsan?

- Şükür, dolanışıq çıxır, heç kimə möhtac deyiləm.

- Ayda 1000 olur?

- Elə ay olur ki, 1500-2000 də olur.

- Bu qədər maaşı və əziyyətli olan başqa bir işdə işləyərsən?

- Niyə işləmirəm? Hanı o maaşlı iş?

- Sənə 500 manatlıq bir iş tapsam işləyərsən?



- Nə işi?

- Hər hansı bir iş, utanmayacağın iş.

- Nə bilim.

- Gedəkmi?

- Hara? Hələ heç nə eləməmişik.

- İstəmirəm.

- Sən xəstəsən.

Saat 05:04. Onu otaqda lüt qoyub çıxdım. Mən qapıdan çıxana qədər hiss edirdim ki, təəccüblə arxamca baxır. Həqiqətən də məni dəli hesab elədi. Oteldən çıxıb səsyazmanı dayandırdım və evə tələsdim.


bakipost.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə