Mobil versiya
İran “sərhədlərini bağlayır”: Azərbaycanda kartof bahalaşacaqmı?
Tarix: 03-04-2019 | Saat: 13:12
Bölmə:Manşet / Ölkə | çapa göndər

İran “sərhədlərini bağlayır”: Azərbaycanda kartof bahalaşacaqmı?

İran sabahdan kartof-soğan ixracına qadağa qoyacaq.

Azərbaycan xüsusən yaz aylarındakənd təsərrüfatı məhsullarınatələbatını bu ölkə vasitəsilə ödədiyindən bazarlarda nə baş verəcək?Soğanın kilosu 1.50-ni keçəndən sonra növbəti bahalaşma kartofda gözlənilirmi?

Oxu.Azxəbər verir ki, artıq kartofun qıt dövrü olduğundan bahalaşmağa başlayıb.

Qış mövsümündə Bakıda kartof 70 qəpik-1 manat arasında dəyişirdi. Hazırda qiymət 1-1.30 manat civarındadır. İl ərzindəİrandanAzərbaycana 50 min ton kartof idxal olunur. Lakin bu ölkə ilknövbədə daxili bazarını qorumağa çalışır, çünki daşqın və sel bu ölkənin kənd təsərrüfatına ciddi ziyan vurub.

Kənd təsərrüfatı üzrə ekspertNicat Nəsirlinin fikrincə, İran kartofa olan tələbatın ödənilməsindəil ərzində Azərbaycanın kənd təsərrüfatı bazarını formalaşdıran əsas ölkələrdən biridir.

"İlkin yaz dövründə İranın belə bir qərarverməsiqiymətlərə ciddi təsir göstərməyəcək. Ona görə ki, artıq Azərbaycanda faraş soğan və kartofun çıxmasına az qalıb. Təxminən iki həftə sonra bu məhsulların istehsalı başlayacaq.

Bu, ilk növbədə qiymətlərin sabitləşməsinə təsir göstərəcək. Digər tərəfdən, iki həftə ərzindəİrandan Azərbaycana nə kartofun, nə də soğanın gəlməsinə inanıram. Çünki ölkədə kifayət qədər rezervlər var idi”.

Onun sözlərinə görə, İran qadağanı ilin sonuna qədər qüvvədə saxlayarsa, Azərbaycan bunun təsirini yalnız payız-qış mövsümündə hiss edəcək.



"İnanmıram ki, İran sözügedən qadağanı uzunmüddətli etsin. Çünki İran embarqoda yaşayan ölkədir, həm də böyük həcmdə istehsalı var. Əgər İran qadağanı daimi olaraq saxlasa, təbii ki, biz bunun təsirini daha çox kartofda hiss edəcəyik.

Ola bilsin ki,ilin sonuna doğru, əsasən,payızlıq soğan, kartof istehsalı vaxtı İran bu qadağanı aradan qaldırsın”, - deyən N.Nəsirli vurğulayıb ki, İranın aidiyyəti qurumları bu il onlarda da iqlim amillərinin kifayət qədər əlverişsiz olduğunu açıqlayıblar.

Bu isəməhsuldarlığın aşağı düşməsinə təsir göstərib. Faraş kartof və soğanın çıxdığı bir dövrdə, təbii ki, daxili bazarı qorumağa çalışırlar.

Ekspert hesab edir ki, son illər baş verən təbii fəlakətlər və əlverişsiz iqlim şəraiti ümumi istehsalda geriləmələrin olduğunu deməyə əsas verir. İran daha çox embarqoda yaşayan bir ölkədir, daxili bazarı və tələbatı ödəməyə çalışır.

Bu embarqoya səbəb olan ən ciddi amilİranın ərzaqla bağlı öz təminatını 100 faiz həcmdə təmin etməsi ilə bağlıdır. Bu isə daxili bazarın qorunma intervensiyası baxımından çox normalıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024