Mobil versiya
Bakıda yeni oğurluq: bu adamlara qapı açmayın – Video
Tarix: 11-01-2016 | Saat: 10:26
Bölmə:Cəmiyyət / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər

Bakıda yeni oğurluq: bu adamlara qapı açmayın – Video

Bakıda xüsusi oğrular peyda olub.

Bu barədə adının çəkilməsini istəməyən paytaxt sakini məlumat verib. Onun sözlərinə görə, bir neçə saat öncə baş verən hadisə onu həddən artıq narahat edib.

Bakının mərkəzində (“Azərbaycan” prospektində), xüsusi mühafizə olunmuş həyətdə yaşadığını bildirən sakin tanımadığı bir gəncin əlində gül dəstəsi ilə blokdan zəng edərək, təhlükəsizlik məqsədi ilə kodlaşdırılan qapının açılmasını xahiş edib. Bildirib ki, ona adının çəkilməsini istəməyən şəxs gül buketi göndərib.

Sakin sözügedən şəxsə blokun qapısını açsa da, sonradan qapının gözlüyündən baxarkən onun gül dükanında çalışan işçi olmasından şübhələnib və evin qapısını bağlayıb. Qapı ardıcıl döyüldükdə isə binanın mühafizəsini çağırıb və “gül dükanının işçisinə” mühafizəçi ilə görüşməyi xahiş edib. Bu zaman isə gülü yerə atan gənc sürətlə blokdan çıxaraq qaçıb.

Xanım sakin hazırda bu işlə polisin məşğul olduğunu xatırladaraq, məlumatı yaymaqla, bu cür yalanla evə soxulmağa çalışan oğruların peyda olması barədə hamını xəbərdar etməyə çalışdığını bildirib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024