Mobil versiya
“Diqlas”dakı sahibkarlar güzəştli kreditlər ala biləcəklər
Tarix: 02-04-2019 | Saat: 12:49
Bölmə:Karusel / Ölkə | çapa göndər

“Diqlas”dakı sahibkarlar güzəştli kreditlər ala biləcəklər


Bakıda "Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlara maliyyə dəstəyinin verilməsi qaydaları hazırlanır.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov brifinq zamanı deyib.

O xatırladıb ki, dövlət başçısının fərmanına əsasən, yanğınla əlaqədar xüsusi komissiya yaradılıb. Sahibkarlara maliyyə yardımının göstərilməsi üçün hökumət 3 milyon manat ayırıb.

S.Məmmədov qeyd edib ki, bu günədək 400-dən sahibkarla görüş keçirilib, hər biri ilə fərdi olaraq problemlər müzakirə olunub.

Onun sözlərinə görə, sahibkarlar digər ticarət mərkəzlərində mağazalarla təmin olunacaq və beş ay ərzində icarə haqqı ödəməyəcək. Bundan başqa, həmin sahibkarlar Sahibkarlığın İnkişafı Fondu tərəfindən daha aşağı faizlərlə güzəştli kreditlər ala biləcək. (Trend)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024