Mobil versiya
Piyadalar saxlanıldı - 20 nəfərə protokol yazılıb
Tarix: 29-03-2019 | Saat: 17:28
Bölmə:Ölkə | çapa göndər

Piyadalar saxlanıldı - 20 nəfərə protokol yazılıb



Bu gün Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində piayadaların müəyyən olunmamış ərazilərdən keçməsinə qarşı reyd təşkil edib.

Trend-in məlumatına görə, Azadlıq prospekti ərazisində keçirilən profilaktik reyd nəticəsində 100-dən artıq piyada saxlanılıb.

Əsasən maarifləndirici əhəmiyyət daşıyan tədbir çərçivəsində piyadalara xəbərdarlıq edilib.

Ümumilikdə gün ərzində rayon ərazisində 255 piyada saxlanılıb.

Saxlanılan piyadalardan 20 nəfərə inzibati protokol tərtib edilib. Digər piyadalara xəbərdarlıq edilərək maarifləndirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024