Mobil versiya
Bakıda poçt şöbəsi qarət edildi
Tarix: 10-01-2016 | Saat: 22:28
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Bakıda poçt şöbəsi qarət edildi
Bakının Xətai rayonunda poçt şöbəsi qarət edilib.

Hadisə Əhmədli kəndi, Şahin Səmədov küçəsində qeydə alınıb. Oğrular “Azərpoçt” MMC-nin 3 saylı filialının 32 saylı poçt şöbəsini qarət ediblər.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, oğrular 32 saylı poçt şöbəsinə binanın yan tərəfindən daxil olublar. Belə ki, pəncərə önündəki dəmir qoruyucuları kəsən oğrular içəri daxil olduqdan sonra 110 manat, 200 dollar və poçt markalarını aparıblar. Eyni zamanda onlar oğurluq əməlini törədən zaman poçtun siqnalizasiya sisteminin kabelini kəsərək sıradan çıxarıblar.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Ərazi mühafizəyə götürülüb. Daha sonra barmaq izləri müəyyən olunaraq qeyd edilib. Məlumat üçün qeyd edək ki, ərazidə heç bir müşahidə kamerası yoxdur.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024