Mobil versiya
SDU-da Qarabağ qazisinə fiziki təzyiq- Rektor prezidentin çıxışını dinləmək istəmədi /ŞİKAYƏT+VİDEO
Tarix: 29-03-2019, 13:42 | Saat: 15:47:00
Bölmə:Manşet / Təhsil / Seçilənlər-4 | çapa göndər

SDU-da Qarabağ qazisinə fiziki təzyiq- Rektor prezidentin çıxışını dinləmək istəmədi



Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, məhəllə 1, ev 4/20, mənzil 5-də yaşayan II qrup Qarabağ əlili Abdullayev Altay Papanin oğlu Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən təzyiqə məruz qalıb.

Yenixeber.org: Bu barədə saytımıza etdiyi müraciətdə Qarabağ qazisi özü bildirib. 1992-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini deyən A.Abdullayevin sözlərinə görə, döyüşlər zamanı aldığı xəsarətlər nəticəsində II qrup əlil olub: “Hazırda ayaqlarım hərəkət qabiliyyətinin, demək olar ki, 80 faizini itirib. 2009-cu ildə vəfat etmiş qardaşım, II qrup Qarabağ əlili Abdullayev Adilin ailəsinin, digər qardaşım Abdullayev Alimin 4 nəfərlik, özümün və təqaüdçü anamın dolanışıq imkanı Sumqayıt Dövlət Universitetinin rəhbərliyi tərəfindən məhdudlaşdırılıb. Belə ki, biz 3 qardaş 2006-cı ildən etibarən 10 illik icarə müqaviləsi əsasında SDU-nun II korpusunda yeməkxana tikərək ordan dolanışığımızı təmin etmişik. Adil və mən iki qardaş olaraq Vətən uğrunda sağlamlığımızı itirsək də, heç vaxt bunun əvəzini dövlətimizdən gözləməmişik. Bunun sübutu SDU rəhbərliyi ilə bağlanan icarə müqaviləsində də əksini tapır. Biz müqavilənin ikimizdən birinin yox, məhz kiçik qardaşımız Alimin adına bağlanmasını istəmişik və belə də etmişik. 10 il ərzində heç bir problemsiz işləmişik və 3 ailə olaraq dolanışığımızı normal səviyyədə təmin edə bilmişik. Onu da qeyd edim ki, həmin yeməkxananı 0-dan başlayıb özümüz tikib təchiz etmişik. Yeməkxananın icarə haqqı olaraq 2018-ci ilin sentyabrına qədər universitetin prorektoru olan Şirin müəllimə, ondan sonra isə prorektor Naib Hacıyevə ayda 500 manat ödəmişik. 2018-ci ilin sentyabrında isə N.Hacıyev bizdən 1 illik icarə haqqını – 6 min manat – əvvəldən istəyib. Verə bilmədikdə yeməkxanaya girişimizə qadağa qoyaraq oranı başqasına (türk vətəndaşa) icarəyə verib. İndi bizə deyir ki, artıq gecdir, oranı başqa adam işlədir. Halbuki həmin obyektdə istifadə olunan bütün avadanlıqlar bizimdir, öz vəsaitimiz hesabına illərlə alıb yığmışıq.
Yeməkxanada 3 ailə bizimki olmaqla, daha 3 nəfər işlə təmin edilmişdi ki, onların da ailələri ilə birgə 6 ailə oradan evinə çörək aparırdı. Prorektor Naib Hacıyev və rektor Elxan Hüseynov bizi dinləmək belə istəmirdilər. Bizə ismarıc göndərirdilər ki, artıq obyekt başqasına verilib, geri qaytarmaq mümkün deyil. Halbuki biz oranın icarədarı ola-ola başqasına verilməzdən öncə bizə təklif edilməli idi”.
Üzləşdiyi problemlə bağlı ölkə rəhbərliyinə müraciət edən Qarabağ qazisini martın 1-də rektor E.Hüseynov qəbul edib. Lakin özünün dediyinə görə, qəbul zamanı A.Abdullayevə danışmağa doğru-düzgün imkan da verməyib: “Birinci mənə təklif etdi ki, gəl səni kafedə işlə təmin edək. Dedim nə işi, dedi ofisiant. Dedim mən bu ayaqlarla ofisiant işləyə bilərəm? Açdım ki, ayaqlarımı göstərdim, dedi geyin ayaqlarını, heç gözünün ucu ilə də baxmadı. Sonra da ağzımı açmağa macal belə vermədi, dedi ki, sən o kafedən əlini üz, onu sənə verməyəcəm işlətməyə. Telefonumda cənab prezidentin çıxışı var, hansı ki, Qarabağ qaziləri, şəhid ailələri haqda danışır və deyir ki, onlara toxunmaq olmaz. Açdım ki, cənab prezident bizə necə qayğı ilə yanaşır, qulaq as. Qayıtdı ki, söndür onu, mənə maraqlı deyil prezident nə deyir, mən o kafeni sənə verməyəcəm, çıx otaqdan, özün də get hara şikayət edirsən et. Mən otaqdan çıxmaq istəmədim, istəyirdim onunla normal söhbət edəm, çalışam razılaşdıram, amma rektor məni mühafizəçiləri çağırıb zorla çıxartdırdı, fiziki təzyiq göstərdilər mənə. Mən üzümü media vasitəsilə ölkə prezidentinə, aidiyyatı qurumlara tuturam: SDU-nun rektoru Elxan Hüseynov dövlət düşmənidir, o insanları dövlətdən narazı salmaq üçün dəridən-qabıqdan çıxır, onun fəaliyyəti ciddi araşdırılmalıdır. Biz kafeni işlədən vaxtlarda orada siqaret satılmırdı, amma indi orda təhsil alan məni tanıyan tələbələr deyirlər ki, siqaret satılır. Həm də eşitdiyimə görə, türk iş adamı universitet rəhbərliyi ilə şərikli işlədir oranı. Ona görə mənim nəinki kafedə qalan dəyəri on min manatdan çox olan avadanlıqlarımı vermirlər, hətta məni dinləmək belə istəmirlər. Mən aylarla getdim E.Hüseynov qəbul etmədi, prezidentin adına müraciət ünvanladıqdan sonra qəbul etdi, o da belə. Ümid edirəm ki, bu məsələyə bir əncam çəkiləcək. Çünki cənab prezident də dəfələrlə vurğulayıb ki, Qarabağ qaziləri, şəhid ailələri toxunulmazdır. Hansısa məmurun bu göstərişə qarşı çıxması təbii ki, cəzasız qalmamalıdır”.
A.Abdullayev redaksiyamıza sözügedən kafedən görüntülər də təqdim edib. Onun sözlərinə görə, videoda görünən avadanlıqlar hamısı onlara məxsusdur: “Universitet rəhbərliyi onları da mənimsəyib, qaytarmır özümüzə”.(afn.az)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

aia.az






5229 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}