Mobil versiya
“400 polis hadisə yerinə cəlb edilib” - Ramil Usubov
Tarix: 28-03-2019 | Saat: 17:10
Bölmə:Manşet / Ölkə | çapa göndər

“400 polis hadisə yerinə cəlb edilib” - Ramil Usubov


"Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar yaradılan komissiyanın tərkibində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları da olacaq.

BakuPost xəbər verir ki, bunu Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə daxili işlər naziri Ramil Usubov deyib.

R.Usubov bildirib ki, yanğın baş verdikdən dərhal sonra Daxili İşlər Nazirliyinin və Baş Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti hadisə yerinə gedib: Yol polisi əməkdaşları yanğınsöndürənlərin hadisə yerinə vaxtında və maneəsiz çatmaları üçün lazımi şərait yaradıb, 400 nəfərdən çox polis əməkdaşı hadisə yerində təhlükəsizlik tədbirlərinin təmin olunmasına cəlb edilib, əhalinin oradan uzaqlaşdırılması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı zəruri tədbirlər görülüb".

Nazir yanğının baş verməsi ilə bağlı müşahidə kameralarının qeydlərinin müvafiq qurumlara təqdim olunduğunu bildirib. İlham Əliyevin tapşırığı ilə yaradılan komissiyanın tərkibində Daxili İşlər Nazirliyi əməkdaşlarının da olacağını qeyd edən nazir tapşırıqların yüksək səviyyədə həyata keçiriləcəyini bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024