Mobil versiya
Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurunun bağ evi qarət edildi
Tarix: 28-03-2019 | Saat: 11:01
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurunun bağ evi qarət edildi


Bakıda nazirliyin aparat rəhbərinin evindən oğurluq edilib.

Hadisə Sabunçu rayonu, Ləhic bağlarında qeydə alınıb.

Səhiyyə Nazirliyinin aparatının rəhbəri, 1976-cı il təvəllüdlü Nadir Azər oğlu Zeynalova məxsus bağ evindən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər N.Zeynalova məxsus bağ evindən paltaryuyan maşın, televizor, samovar və digər məişət əşyalarını oğurlayıb.

Bu barədə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır. (ONA)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024