Mobil versiya
“Diqlas”ın əsas sahibi kimdir? - İqtisadçı cavab İSTƏDİ
Tarix: 27-03-2019 | Saat: 18:05
Bölmə:Gündəm | çapa göndər

“Diqlas”ın əsas sahibi kimdir? - İqtisadçı cavab İSTƏDİ


“Yanan “Diqlas” ticarət mərkəzinin rəsmi təmsilçisinin sahibkarlarla görüşünü izlədim. Bildirir ki, obyekt sahblərilə görüşüm, fikirlərini öyrənim, sonra zərərə düşmüş iş adamlarına necə kömək edəcəyimizi müzakirə edərik”.



Modern.az-ın məlumatına görə, bunu iqisadçı Rövşən Ağayev bildirib.



O qeyd edib ki, Vergilər Nazirliyinin saytında, insanlarla görüşən şəxsin adının qarşısında "qanuni təmsilçi" yazılıb.


“Elə ən böyük problem də odur ki, bizim qanunvericiliyimiz sahibkarı gizlətməyə yaşıl işıq yandırır. Hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı qanunvericilik mülkiyyətçinin və təsisçinin adını kommersiya sirri sayaraq gizli saxlayır.

Bu yanaşma sivil dünya praktikasna ziddir - benefsiar sahiblik problemi həll edilməli, biznes obyektlərinin gerçək sahibləri cəmiyyət üçün açıq olmalıdır.

Qarşılaşdığımız problemə baxın - minlərlə insan işlədiyi mülkün gerçək sahibinin kim olmağından xəbərsizdir, problemi onunla müzakirə edə bilmir.

Onu rəsmi təmsil edən şəxs isə açıq deyir ki, onlardan icazəsiz heç bir vəd verə bilməz.



Diqqət edin, zaman-zaman qırmızı lenti kəsilən obyektlərin belə sahiblərinin kim olması barədə heç bir rəsmi məlumat açıqlanmır. Halbuki, normal ölkələrdə biznes adamları özləri ortaya çıxır, layihələrini təqdim edir, iqtisadiyyata verdikləri töhfə ilə öyünürlər.
Gerçəkdən dünyada anoloqu olmayan stiuasiyadır - ortada nəhəng bir biznes var, amma biznesmeni yoxdu. Gizli sahibkar...”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024