Mobil versiya
“Diqlas” idarəçilərindən biri zərərçəkənlərə vəd verdi
Tarix: 27-03-2019 | Saat: 17:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Diqlas” idarəçilərindən biri zərərçəkənlərə vəd verdi




“Diqlas”da zərərçəkən icarədarlar özünü obyektin idarəçilərindən biri kimi təqdim edən Araz Rəhimovla görüşüblər.



Modern.az-ın məlumatına görə, o icarədarlar qarşısında çıxış edərək deyib ki, bu gün obyektin sahibləri ilə görüşəcək:



"Siz də bizim qədər zərərçəkmisiniz. Obyekti yenidən təmir etdirib, əvvəlki vəziyyətinə qaytaraq. İnsanlar yenidən işləsinlər. Heç bir təxribata uymayın. Çox adamı çox yerə yönləndirmək istəyən olacaq".

A.Rəhimov təklif edib ki, təmirdən sonra mağaza sahibləri icarə haqqı ödəmədən fəaliyyət göstərə bilərlər. Lakin sahibkarlar onun təklifi ilə razılaşmayıb, kompensasiya tələb ediblər. A.Rəhimov isə bildirib:



“Bir yol var ki, yığışaq buranı təmir edək, hamı qayıtsın yerinə, işləsin. İcarədarlar ziyanlarını çıxarana kimi pul ödəmədən işləsinlər. Biz binanı sığortalatdırmamışıq, siz də mallarınızı. Dövlət bizə pul verməyəcək. Məni tutsunlar, “Diqlas”ın ikinci hissəsini idarə edən Rasimi tutsalar, qazanc nə olacaq?

İcazə verin, mən bu gün sahibkarlarla görüşüm, onların cavabını öyrənim, sonra yenə yığışıb danışaq”.



Qeyd edək ki, martın 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın ticarət mərkəzi yanıb kül olandan sonra söndürülüb.



Ötən gündən etibarən ölkə gündəmini zəbt edən yanğından sonra bir sıra məsələlər də aydınlığa çıxdı. Məlum oldu ki, “Diqlas” ticarət mərkəzində yanğından və digər təhlükələrdən mühafizə üçün kifayət qədər önləyici tədbirlər görülməyib.



Üstəlik həmin mərkəzdə yerləşən obyektlərin bir çoxunun icarə müqaviləsi belə olmayıb. O da aydın oldu ki, mağazaların, orada yerləşdirilmiş malların sığortası olmadığına görə, sahibkarlara külli miqdarda ziyan dəyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024