Mobil versiya
Bahar Muradova Ombudsman ola bilər – Elmira Süleymanova yola salınır
Tarix: 19-03-2019 | Saat: 18:12
Bölmə:Manşet / Gündəm | çapa göndər

Bahar Muradova Ombudsman ola bilər – Elmira Süleymanova yola salınır


Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova yaxın günlərdə yola salınacaq.





Bu barədə Bakupost.az-a məlumatlı mənbələrdən məlumat daxil olub. Bildirilir ki, önümüzdəki günlərdə ölkə rəhbərliyi E.Süleymanovanın yerinə yeni təyinatla bağlı təklif verəcək.





Əldə etdiyimiz məlumata görə, 82 yaşlı ombudsmanın yerinə iddialı şəxslərdən ikisinin adı bəllidir: Milli Məclisin vitse-spiketi Bahar Muradova və Konstitusiya Məhkəməsinin keçmiş sədri, Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş hakimi, Konstitusiya Məhkəməsinin keçmiş sədri hakim Xanlar Hacıyev.

Qeyd edək ki, E.Süleymanovanın səlahiyyət müddəti 2017-ci martın 5-də bitib. Qanuna görə, yeni ombudsman seçilənə qədər E.Süleymanova səlahiyyətlərinin icrasına davam edə bilər.





Ombudsman seçkisi isə bu qayda ilə həyata keçirilir: Azərbaycan prezident bu vəzifəyə namizədin adını Milli Məclisə təqdim edir. Milli Məclis isə prezidentin təqdim etdiyi şəxsi səsverməyə çıxararaq qərar qəbul edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024