Mobil versiya
Hamilə qadınlar qəbiristanlığa getməsin! - QƏRİBƏ İNANCLAR
Tarix: 19-03-2019, 15:24 | Saat: 15:47:00
Bölmə:Maraqlı | çapa göndər

Hamilə qadınlar qəbiristanlığa getməsin! - QƏRİBƏ İNANCLAR


Hamiləlik vacib və xüsusi zaman intervalıdır. Hər qadın ana olmağı arzulayır. Hamiləlik dövüründə qadınlar hər şeyə diqqətlə yanaşır, özlərini baş verə biləcək bütün təhlükələrdən qorumağa çalışırlar.

Elə buna görə də bəzi insanlar batil inanclardan da mədət umur.

Medicina.az dünyanın hər yerində olan batil inancları araşdırıb.

Ana olmaq olduqca məsuliyyətlidir. Analıq hissini izah etmək mümkünsüzdür. Hər bir qadın övladı bətninə düşüdüyü andan etibarən onu qorumağa çalışır. Hətta bəzən qoruma instinkti ifrat dərəcəyə çatır. Belə ki, batil inanclarla da uşaqlarını qoruyacaqlarını düşünürlər.

Batil inanclar

Hamiləlik zamanı balıq yeyilsə, uşağın ağız forması balığa bənzəyə bilər və yaxud gec dil açar

Bəzi balıq növlərində parazit və müxtəlif bakteriyalar olur. Bu da uşaqlarda dil açmağın ləngiməsinə yol açır. Hamilə olan xanımlar yüksək temperaturda bişirilmiş və yaxud dondurulmuş balığı rahatlıqla yeyə bilər. Lakin Akula, qılıncbalığı və ya marlin balığı yemək qadağandır. Bu balıqların ətlərində təhlükəli miqdarda təbii civə var. Tuna balığının ətində də müəyyən miqdarda civə var, ona görə də bu balıqdan hazırlanmış konservləri çox yemək olmaz. İkidən çox təzə steyk də yemək tövsiyə edilmir.

Nərdivanın altından keçsəniz uşaq arıq olar

Batil inanclar Avropada da yayılıb. Divara söykənmiş nərdivan üçbucaq formalaşdırır. Bu bucaqdan keçən qadının həmin bucaqları sındıracağına inanılır. Həmçinin bu vəziyyətin ona bəla gətirəcəyi, doğulacaq körpəsinin problemləri olacağına inanılır. Lakin nərdivanlardan uzaq durmağın daha məntiqli açqılaması var. Divara söykənən nərdivanın hər an aşma təhlükəsi olduğu üçün məqsəd hamilə xanımları həmin ərazidən uzaqlaşdırmaqdır.

Evdəki bütün pəncərələri açsanız doğuş asan olar

Rusiya, Belarus ve Ukraynada yayılan bu inanc hələ də tətbiq edilir. Doğuş zamanı pəncərələr, qapılar, dolab, siyirtmələr və evin açarla bağlı olan bütün yerləri açılır. Bu prosesin doğuşu asanlaşdırdığına inanılır. Lakin bu inancın kökündə daha real və məntiqli bir şey dayanır. Qapı pəncərə açılması mühitin təmiz hava axınına məruz qalmasına səbəb olur. Körpənin təmiz steril məkanda doğulması olduqca vacib sayılır.

Ağ qidalar yesəniz, uşaq ağ dərili olacaq

Çin ve Hindistan kimi bəzi ölkələrdə ağ dəri gözəlik kretiyası hesab olunur. Hamiləlik dönəmində əgər ağ rəngli qidalar qəbul edilsə, dəri daha açıq tonlarda olar deyə batil inanc bir çox qadının sığınacaq yeridir. Dəri rəngi sadəcə melanin adlanan bir piqmentdən asılıdır və ona görə fərqli rəng tonlarına sahibik. Bu qədimi inanc sadəcə rəngarəng meyvə tərəvəzdən yarana biləcək allergiya ehtimalından ortaya çıxıb.

Hamiləlik zamanı qəbiristanlığa getmək bədbəxlik gətirər

Bu batil inanc İsrail, Şərqi Avropada, Filippində, o cümlədən bir çox ərəb ölkələrində hələ də qalmaqdadır. Uşağın ulu babalarının ruhları tərəfindən çağrılacağına inanılır. Uşaq doğulandan sonra əsəbi xarakterə sahib olacağı və körpəliyində ağlağan olacağı deyilir.

aia.az



5104 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}