Mobil versiya
Baş nazirin müavini: Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq
Tarix: 19-03-2019, 15:09 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Baş nazirin müavini: Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq


Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə deyb.

Ə.Əhmədov bildirib ki, Azərbaycan artıq qüdrətli bir dövlətə çevrilib: "Hökumətin imkanları artdıqca cənab Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsi istiqamətində addımlar atılacaq. Dövlətin imkanları vətəndaşların rifahının yaxşılaşdırılmasına sərf edilir. Azərbaycan hökuməti istəyir ki, vətəndaşlar yaxşı yaşasın. Vətəndaşın yaşayışı, insanların rifahının yaxşılaşdırılması həmişə dövlətin diqqət mərkəzində olub. Bizim üçün ən böyük dəyər insandır".

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan vətəndaşı dövlətin ən böyük sərvətidir:

“İnsana qayğı göstərməkdən ali dəyər yoxdur. Bir müddət öncə Prezident İlham Əliyevin sərəncamı ilə bütün kateqoriyalardan olan insanların rifahının yaxşılaşdırılması üçün sərəmcamlar imzalandı. Dövlət imkanları çərçivəsində vətəndaşların daha yaxşı yaşaması istiqamətində əlavə tədbirlər görülür. Dövlət başçısının sərəncamları ilə əmək pensiyası, minimum əməkhaqqı, müavinətlər artırıldı. Ümumiyyətlə, vətəndaşlara verilən bütün müavinətlər artırılıb”.

aia.az



5210 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
15-08-2017, 13:28 Sabahın HAVAsı



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}