Mobil versiya
Bakıda yaşlı qadınlara zor tətbiq edən şəxs TUTULDU
Tarix: 19-03-2019, 14:03 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Bakıda yaşlı qadınlara zor tətbiq edən şəxs TUTULDU



Bir neçə gün əvvəl Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində naməlum şəxs 73 yaşlı paytaxt sakini Viktoriya Kazakovaya zor tətbiq edərək onun içərisində 15 manat pul olan çantasını əlindən alıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə zamanı zərərçəkən qadın soyğunçuluq edən şəxsə müqavimət göstərmək istəyən zaman yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Daha bir oxşar hadisə martın 16 saat 18:00 radələrində rayonun Ağa Neymətulla küçəsi ev 54 ünvanının qarşısında qeydə alınıb. Bu hadisə zamanı isə naməlum şəxs 80 yaşlı paytaxt sakin Maya Hüseynovaya zor tətbiq edərək onun içərisində 30 manat və sənədləri olan çantasını zorla əlindən alıb.

Hər iki hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinə məlumat veriləndən sonra araşdırma aparılan zaman cinayətlərin eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisələrini törətməkdə şübhəli bilinən Quba rayon sakimi Sabir Orucov saxlanılaraq istintaqa təqdim edilib.

Saxlanılan zaman onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi 0,317 qram narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb

aia.az



5104 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}