Mobil versiya
ATU-nun Tədris Cərrahiyyə Klinikası YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurası ilə birgə xeyriyyə aksiyası keçirib
Tarix: 19-03-2019, 13:06 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər


ATU-nun Tədris Cərrahiyyə Klinikası YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurası ilə birgə xeyriyyə aksiyası keçirib


Sağlamlıq imkanları məhdud uşaqların müayinəsi aparılıb.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Qadınlar Şurası ilə birgə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xeyriyyə aksiyası keçirib. Novruz bayramı ərəfəsində baş tutan aksiyasının məqsədi uşaqların sağlamlıqlarının qorunmasıdır. Aksiya çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdləri müayinə olunub. Aksiyada 12 nəfər uşaq iştirak edib. Onlardan ikisi sünnət olunub, digərləri isə müxtəlif müayinələrdən keçirilib. Uşaqlardan qan analizi alınıb, ehtiyac yarandığı təqdirdə USM müayinəsindən keçirilib, fəqərələri yoxlanılıb, qasıqları, daxili orqanları ətraflı yoxlanılıb. Müayinə nəticəsində uşaqlarda aşkar olunmuş xəstəliklərin müalicəsi aparılacaq.

Aksiyada ATU-nun Tədris Cərrahiyyə Klinikasının xeyriyyə kampaniyasında uşaq cərrahiyyəsi kafedrasının müdiri, professor, baş həkim Ramiz Poluxov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini,YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədr müavini İradə Mahmudova, Uşaq cərrahiyyəsi şöbəsinin müdiri Murad Əlibəyov, həkimlər Günay Hüseynzadə, Xatirə Rəhimova, Ramin Bayramov, Vüqar Məhəmmədov, UZİ həkimi Vəfa Nəcəfova, nevropatoloq Yeganə Rəşidova iştirak ediblər.

aia.az





5221 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-08-2019
22-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031