Mobil versiya
Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ
Tarix: 18-03-2019 | Saat: 17:07
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ


Martın 29-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 26 məsələ daxildir.

aia.az xəbər verir ki, bunu Modern. az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.



O bildirib ki, bir çox qanunlara dəyişiklik nəzərdə tutulub.



“İlk məsələ Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvünün seçilməsi haqqında layihədir. Sonra “Ümumi təhsil haqqında” qanun layihəsidir ki, bu da 3-cü oxunuşda müzakirəyə təqdim olunacaq"



Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019) yubiley medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında qanunda dəyişiklik edilməsidir ki, bu, ikinci oxunuşda müzakirə olunacaq.



İnzibati Xətalar Məcəlləsində, Mülki Prosessual Məcəllədə, “Sığorta fəaliyyəti haqqında” qanunda, Cinayət Məcəlləsində, “Telekomnukasiya haqqında" qanunda dəyişikliklər üçüncü oxunuşda müzakirə ediləcək.



Bundan başqa Azərbaycan Respublikasının Prezidenti və Belarus Respublikasının Prezidentinin birgə bəyanatının təsdiq edilməsi gözlənilir.



Vergi Məcəlləsi, Hesablama Palatası, banklar, Konstitusiya Məhkəməsi, daşınmaz əmlakın dövlət reyestri , dövlət rüsumu, Əmək Məcəlləsi, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik nəzərdə tutulur.

“Mediasiya haqqında” qanun layihəsi isə birinci oxunuşda müzakirəyə çıxarılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024