Mobil versiya
Türkiyə ilə İran terrorçu PKK-ya qarşı antiterror əməliyyatına başlayıb - YENİLƏNİB
Tarix: 18-03-2019 | Saat: 17:05
Bölmə:Dünya | çapa göndər

Türkiyə ilə İran terrorçu PKK-ya qarşı antiterror əməliyyatına başlayıb - YENİLƏNİB


Türkiyə ilə İran terrorçu PKK-ya qarşı antiterror əməliyyatı keçirir.

“Report” NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxli işlər naziri Süleyman Soylu bildirib.

“Martın 18-i səhər saat 08:00-da (Türkiyə vaxtı ilə) İranla birlikdə şərq sərhədimizdə PKK-ya qarşı birgə əməliyyata başladıq. Nəticələri açıqlayacağıq”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, hər iki dövlət belə bir antiterror əməliyyatını ilk dəfədir keçirirlər.

***

“Türkiyə ilə İran sərhədə nəzarət məqsədi ilə birgə əməliyyat keçirəcək”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Hüseyn Zülfiqari bildirib.

O, Türkiyə ilə ölkəsi arasındakı sərhədin qorunması məqsədi ilə uğurlu addımlar atıldığını söyləyib: “Türkiyə-İran sərhədində ortaq əməliyyat keçirəcəyik. Bütövlükdə sərhəddə problem yoxdur”.

Qeyd edək ki, martın 6-da Türkiyənin daxili işlər naziri Süleyman Soylu terrorçu PKK qruplaşmasına qarşı İranla ortaq əməliyyat keçirəcəklərini bildirimişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024