Mobil versiya
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Tarix: 18-03-2019 | Saat: 13:50
Bölmə:Gündəm | çapa göndər

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq


Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

FHN-dən aia.az-a verilən məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Novruz bayramı günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, bayram şənliklərinin təşkil olunduğu və insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024