Mobil versiya
Umayra Tağıyeva: Güclü şimal küləyi sabah günün ikinci yarısınadək əsəcək
Tarix: 18-03-2019 | Saat: 12:28
Bölmə:Ölkə | çapa göndər

Umayra Tağıyeva: Güclü şimal küləyi sabah günün ikinci yarısınadək əsəcək


Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti sabah günün ikinci yarısınadək davam edəcək.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Rusiya mərkəzi rayonlarından yüksək təzyiq sahəsinin, yəni siklonun Qafqaz ərazisinə daxil olması və bu gün Xəzər dənizinin cənub-şərqindən keçməsi nəticəsində şimal küləyinin sürəti güclənib. Hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 25-28 metrdir.

U.Tağıyeva hazırkı hava şəraitinin mart ayı üçün səciyyəvi olduğunu söyləyib:

"Güclü şimal küləyi gün ərzində əsəcək. Sabah günün ikinci yarısında küləyin nisbətən mülayimləşəcəyi proqnozlaşdırılır. Hazırda havanın temperaturu iqlim normasından bir qədər aşağıır. Gün ərzində havanın maksimal temperaturu 8-9 dərəcə təşkil edəcək".

Nazirlik rəsmisi əlavə edib ki, belə hava şəraiti qışdan yaza keçid dövrünə xas olan prosesdir: "Küləyin maksimal sürəti saniyədə 25-28 metr, dalğanın hündürlüyü isə açıq dənizdə 5,5 metr təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar ayının 17-dən 18-nə keçən gecə müşahidə olunan hava şəraitindən zəifdir, çünki həmin vaxt küləyin maksimal sürəti saniyədə 40 metrə çatırdı".

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024