Mobil versiya
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafada - FOTOLAR
Tarix: 18-03-2019 | Saat: 10:50
Bölmə:Ölkə | çapa göndər

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafada - FOTOLAR



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Respublikamızın şəhər və rayonlarının X-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” adlı növbəti maarifləndirici tur-aksiyaya start verilib.

aia.az xəbər vrir ki, Gəncə-Şəmkir-Göygöl-Ağstafa-Qazax-Tovuz marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Zaqatala, Balakən, Qax, Kürdəmir, Saatlı, və Sabirabad məktəblilərindən ibarət qrupların üzvləri martın 17-də Ağstafa rayonuna gəliblər. Şagirdləri Ağstafa şəhərindəki Ağstafa Aqroparkın qarşısında rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, İcra başçısının müavinləri, şöbə müdirləri, təhsil şöbəsinin nümayəndələri qarşılayıblar. İcra başçısı Tur-aksiya iştirakçılarını salamladı. Bildirdi ki, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə təşkil edilən bu aksiya gənc nəslin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə xidmət edir. Tur-aksiyanın Novruz bayramı ərəfəsində təşkil olunması isə tədbirə ayrı rəngarənglik qatırdı. Kosa ilə Keçəlin məzəli əhvalatları, musiqi sədası altında rəqslər məktəblilərdə xoş təəssürat yaratdı.

Aksiya çərçivəsində şagirdlər vaxtlarını səmərəli keçirtməklə yanaşı həm də Heydər Əliyev parkında “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı təşkil edilmiş sərgi ilə tanış olublar. Ağstafada salınan “Azərbaycan Parkı”da olan aksiya iştirakçıları inkişaf dövrünü yaşayan Azərbaycanın qədim tarixi-memarlıq abidələri ilə yaxından tanış oldular.

aia.az















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024