Mobil versiya
Latviyalı nazir: "Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıyıq"
Tarix: 18-03-2019, 09:47 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Latviyalı nazir: "Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıyıq"



Latviya Azərbaycanla yerüstü nəqliyyat əlaqələri üzrə əməkdaşlıqda maraqlıdır.

Bunu Trend-ə eksklüziv müsahibəsində Latviyanın xarici işlər naziri Edqar Rinkeviç deyib.

O bildirib ki, tranzit Latviya iqtisadiyyatının vacib hissəsidir:

"Bu sahə bizim ümumi daxili məhsulun 3 faizini təşkil edir. Bu sektorun vacibliyini qəbul etməklə, Latviya öz imkanlarının genişlənməsi və tərəfdaşlarına daha keyfiyyətli xidmətlər göstərmək üzərində daim işləyir. Nəqliyyat şəbəkəsinin və infrastrukturun təkmilləşməsi həm də Avropa İttifaqının "Şərq tərəfdaşlığı” siyasətinin prioritetidir”.

Nazir qeyd edib ki, Latviya Asiya, Mərkəzi Asiya, Qara dəniz ölkələri və Şimali Avropa arasında Azərbaycanla yerüstü nəqliyyat əlaqələri üzrə əməkdaşlıqda maraqlıdır:

"Azərbaycan ərazisindən iki vacib beynəlxalq nəqliyyat dəhlizi keçir: Baltik dənizinə çıxışı olan "Şimal-Cənub” beynəlxalq dəhlizi və Xəzər dənizi ilə Qara dəniz arasında strateji əlaqə yaradan və "Yeni İpək yolu”nun hissəsi olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA)”.

Onun sözlərinə görə, Azərbaycan Avrasiyada yeni nəqliyyat marşrutlarının inkişafında Latviyanın vacib tərəfdaşıdır:

"Latviya və Azərbaycanın dəmir yolu və liman infrastrukturunda ümumi maraqları var və hər iki ölkə bu əməkdaşlıqdan qazanacaq”.

aia.az



572 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}