Mobil versiya
Azərbaycanlı ruhi xəstə Ermənistana keçdi - RƏSMİ MƏLUMAT
Tarix: 16-03-2019 | Saat: 14:07
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Azərbaycanlı ruhi xəstə Ermənistana keçdi - RƏSMİ MƏLUMAT


Ermənistanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan vətəndaşının sərhəd pozucusu qismində saxla­nılması ba­rədə məlumat yayılıb.

Bu məlumatla əlaqədar Azərbaycan Dövlət Sərhəd Xidmətindən aia.az-a bildirilib ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alın­ıb, həmin şəxsin Qazax rayonunun Yu­xarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İb­ra­himov Elvin Arif oğlu olması müəyyən olunub.

Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.

Hazırda araşdırma işləri davam edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024