Mobil versiya
Elçin Quliyev yenidən Atçılıq Federasiyasının prezidenti seçildi
Tarix: 16-03-2019, 13:28 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

Elçin Quliyev yenidən Atçılıq Federasiyasının prezidenti seçildi




Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) növbəti ümumi yığıncağı keçirilib.

Federasiyanın mətbuat mərkəzindən aia.az-a verilən məlumata görə, yığıncaqda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ARAF İdarə Heyətinin üzvləri və 100-ə yaxın federasiya üzvü iştirak edib.

Federasiyanın vitse-prezidenti Mahir Muradov son 5 il ərzində atçılığın konkur növü üzrə görülmüş işlər barədə, Federasiyanın vitse-prezidenti Elşad Abbasov son 5 il ərzində cıdır üzrə görülmüş işlər barədə, Federasiyanın idarə heyətinin üzvü Bəsirət Quliyev Milli at cinsləri və Milli atüstü oyunlarla bağlı məruzələr ediblər.

Daha sonra Federasiya prezidentinin seçkiləri keçirilib, Elçin Quliyev ümumi yığıncaq üzvlərinin maksimal səs çoxluğu ilə növbəti 5 il müddətinə yenidən ARAF-ın prezidenti seçilib.

Ümumi yığıncağın qərarı ilə ARAF-ın 1-ci vitse-prezidenti vəzifəsinə Mahir Muradov, vitse-prezident vəzifələrinə Elşad Abbasov, Bəsirət Quliyev, Sakit Məmmədov, Bəhruz Nəbiyev seçilib və idarə heyətinin üzvləri təsdiq olunublar.

aia.az



5339 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
22-03-2016, 10:28 Bakıda saç biznesi - FOTO



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}