Mobil versiya
Mehriban Əliyeva aztəminatlı ailələri sevindirdi - FOTOLAR
Tarix: 16-03-2019 | Saat: 12:26
Bölmə:Manşet / Ölkə | çapa göndər

Mehriban Əliyeva aztəminatlı ailələri sevindirdi - FOTOLAR


Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qarşıdan gələn Novruz bayramı münasibətilə aztəminatlı ailələrə ənənəvi olaraq sovqatlar paylanılır.

Fonddan aia.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həyata keçirilən layihə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan bütün ailələri əhatə edir.

Heydər Əliyev Fondunun rayonlara ezam olunan əməkdaşları bölgələr üzrə sosial yardım alan ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdıraraq, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirlər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mütəmadi olaraq müxtəlif bayramlarda aztəminatlı ailələrə sovqatlar paylanılır, bayram süfrələri açılır, sosial yardıma ehtiyacı olan şəxslərlə bağlı müxtəlif layihələr reallaşdırılır. Bununla Heydər Əliyev Fondu dövlətin aztəminatlı ailələr üzrə həyata keçirdiyi sosial siyasətə öz töhfəsini verməklə yanaşı, həm də qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərir.

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024