Mobil versiya
Mehriban Əliyevadan evi talanan görmə əngəlliyə YARDIM
Tarix: 15-03-2019, 17:41 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Mehriban Əliyevadan evi talanan görmə əngəlliyə YARDIM



Bir neçə həftə öncə Bakının "İçərişəhər" və "28 May" metro stansiyalarının qarşısında toxuduğu gülləri satmaqla pul qazanan, ərazi sakinlərinin yaxından tanıdıqları Elçin Abbasovun kirayə qaldığı mənzili talanıb. Evinin talanması nəticəsində E.Abbasova, təxminən 1530 manat məbləğində zərər dəyib.

BakuPost sputnik.az-a istinadən xəbər verir ki, Elçin Heydər Əliyev Fondu tərəfindən ona pul yardımı edildiyini deyib:

"Martın 8-də Heydər Əliyev Fondundan zəng edildi. Bir şəxs yaxınlaşaraq Mehriban xanım tərəfindən mənə vəsait göndərildiyini söylədi. Buna görə Mehriban xanıma çox təşəkkür edirəm”.

Dəymiş ziyanın ödənilməsi üçün dəfələrlə polisə müraciət edən E.Abbasov bu cəhdlərin cavabsız qaldığını söyləyib: "Evi talayan, pulu oğurlayan həmin şəxs tapılmayıb. Deyilənə görə, araşdırma davam edir. Polis müxtəlif bəhanələr gətirir. Məni sələmçilikdə ittiham edirlər. Deyirlər ki, evimdə axtarış zamanı müxtəlif sənədlər aşkarlanıb”.

"Mən isə bildirirəm ki, kiməsə borc verdiyim üçün onların sənədlərini alıb saxlamışam. Amma vəsiqəsi məndə olan şəxsdən şikayətçi deyiləm. O şəxs artıq vəsiqəsini götürüb. Oğru olduğunu düşündüyüm şəxs başqasıdır. O, hər dəfə məndən borc istəyirdi. Pulumun olmadığını desəm də, evdə oldum-olmadım, qapımı döyürdü. Görüb ki, evdə deyiləm, girib pulu götürüb” – deyə o, əlavə edib.

Həmçinin bildirib ki, 155 manat pensiya alır: "Onun da 100 manatını kirayəyə verirəm. Belə olan halda, mən necə sələmçiliklə məşğul ola bilərəm? Sələmçiliklə məşğul olsam, gedib dilənərəm. Axı mən bunu etmirəm, əziyyətlə, alın tərimlə pul qazanıram”.

E.Abbasov deyib ki, haqqında səsləndirilən bu fikirlərdən sonra ona kömək etmək istəyənlərin sayı azalıb: "Evim talanandan sonra yaxınlaşaraq, zəng edərək kömək etmək istəyənlər, hətta bank hesabı açmağı təklif edənlər də oldu. Lakin sələmçi olduğum deyildikdən sonra gələn zənglər susdu”.


aia.az



5532 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}