Mobil versiya
Sumqayıtda toya gedən maşın qəzaya düşdü - 2 qardaş öldü / YENİLƏNİB
Tarix: 15-03-2019 | Saat: 16:02
Bölmə:Cəmiyyət | çapa göndər

Sumqayıtda toya gedən maşın qəzaya düşdü - 2 qardaş öldü / YENİLƏNİB



Sumqayıtda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.

Qəza nəticəsində 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu və onun qardaşı Zəkiyev Vahid Məzahir oğlu aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

Qəza nəticəsində daha üç nəfər - Nəbiyev Cəbi Müdürxan oğlu, Zəkiyev Mikayıl Məzahir oğlu və Cəfərov Cabir Aslan oğlu xəsarət alıb. Yaralılar Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onu da qeyd edək ki, qəzaya düşən "Hyundai" markalı avtomobil kirayəyə götürülüb. Onlar həmin avtomobillə toya gedirmiş.

* * *

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Hadisə Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobilləri toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb. Ölənlərdən biri, 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfərovdur. Digər ölən şəxsin kimliyi müəyyənləşdirilir. Yaralılar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024