Mobil versiya
Hacıqabulda avtobus zavodu tikiləcək: “Qiymətlər ucuz olacaq”
Tarix: 15-03-2019 | Saat: 12:51
Bölmə:Gündəm | çapa göndər

Hacıqabulda avtobus zavodu tikiləcək: “Qiymətlər ucuz olacaq”


Cari il ərzində Hacıqabul Sənaye Məhəlləsində avtobus zavodunun təməli qoyulacaq.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərmaş" ASC-nin rəhbəri Emin Axundov bildirib. Onun sözlərinə görə, 5 hektar ərazidə salınacaq zavodda 100 nəfər işlə təmin ediləcək. Ümumilikdə zavodun maliyyə dəyəri 11 milyon manatdır.
E.Axundov vurğulayıb ki, avtobus zavodunun tikintisi 2020-ci ilin sonuna qədər yekunlaşacaq: "İlkin mərhələdə 500 avtobusun istehsalı nəzərdə tutulur. Dizel və ya qazla işləyəcək avtobuslar balaca və böyük tutumlu olacaq. Ölkədə istifadə olunması ilə bağlı aidiyyatı qurumlarla danışıqlar gedir. Qiymətlər yerli istehsal olduğu üçün ucuz olacaq. Avtobusların əsasən qonşu ölkələrə ixracı nəzərdə tutulur".

ASC rəhbəri qeyd edib ki, Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələri də istehsal olunacaq: "Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələrinin istehsalı layihəsinin maliyyə dəyəri 7 milyon manatdır. Burada 70-ə yaxın insan işlə təmin olunacaq. Avtobus zavodunda "Azərmaş"ın payı 25 faiz, ehtiyat hissələri layihəsində isə 50 faizdir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024