Mobil versiya
Əlil gənc Türkiyəyə müalicəyə aparıldı - Prezident “Lazım olsa, xaricə göndərərik” demişdi
Tarix: 14-03-2019 | Saat: 16:06
Bölmə:Ölkə | çapa göndər

Əlil gənc Türkiyəyə müalicəyə aparıldı - Prezident “Lazım olsa, xaricə göndərərik” demişdi


Prezident İlham Əliyev Ağsuya səfəri zamanı görüşdüyü Həcər Zamanovanın nəvəsini Türkiyəyə müalicəyə göndərib.

aia.az-ın Unikal.org-a istinadən xəbərinə görə, bu barədə H.Zamanovanın nəvəsi Murad Zamanov özü məlumat verib. O deyib ki, bu gün müalicə üçün İstanbula uçacaq: "Cənab prezidentimiz İlham Əliyevin göstərişindən sonra Heydər Əliyev Fondu məni ölkəmizdə bir çox nüfuzlu özəl klinikalarda və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçirdilər. Qərara alındı ki, müalicəm Türkiyədə davam etdirilsin. İstanbulun ən tanınmış özəl klinikalardan birində müayinə olunacam. Onda sonra səhhətimdə yaranan problemin aradan qaldırılacağına əminəm. Mən yüksək səviyyəli diqqətə və qayğıya görə bir vətəndaş kimi cənab prezidentimiz İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Heydər Əliyev Fondu mənim qısa zamanda sağlığıma qovuşmağım üçün hər cür köməklik göstərir".

Xatırladaq ki, prezident İlham Əliyev Ağsuya səfəri zamanı Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni evdə görülən işlərlə tanış olan zaman yaşlı qadın nəvəsinin müalicəsi üçün ölkə başçısından kömək istəmişdi. Qadın demişdi ki, nəvəsinin ata və anası ölüb, 29 yaşlı gəncin gözləri isə demək olar ki görmür.

Prezident isə bu məsələni Heydər Əliyev Fonduna tapşıracağını və lazım olsa, onun nəvəsini xarici ölkəyə müalicəyə göndərəcəyini bildirmişdi.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024