Bərdə məktəbliləri Cocuq Mərcanlıda - FOTO - VİDEOREPORTAJ
Tarix: 14-03-2019, 14:54 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Bərdə məktəbliləri Cocuq Mərcanlıda - FOTO - VİDEOREPORTAJ


Bərdə şəhər 8 nömrəli orta məktəbin bir qrup müəllim və şagirdi, həmçinin valdeyinlər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.

"Report"un Qarabağ Mərkəzinin könüllülərinin verdiyi məlumatına görə, Novruz bayramı ərəfəsində gerçəkləşən səfərin məqsədi rayon məktəblilərini erməni işğalından azad olunmuş və hazırda abadlıq-quruculuq işlərinin aparıldığı Cocuq Mərcanlı kəndi ilə tanış etmək, həmçinin, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və şagirdlər arasında dostluq münasibətləri yaratmaqdan ibarətdir.

Qonaqlar ilk öncə Horadiz şəhərində yerləşən aprel şəhidlərinin xatirə kompleksini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Daha sonra məktəbin müəllim və şagirdləri Cocuq Mərcanlı kəndi ilə tanış olub, həyata keçirilən yenidənqurma işləri ilə maraqlanıblar. Onlara kənd haqqında ətraflı məlumat verilib. Həmçinin, Cocuq Mərcanlı kənd tam orta məktəbində yaradılan şəraitlə yaxından tanış olublar.

Bərdə şəhər 8 nömrəli məktəbin direktoru Qəmbər Ağayev qeyd edib ki, ki, Boloniya sisteminin mobillik prinsipi çərçivəsində paytaxtdakı ümumtəhsil müəssisələri ilə Cocuq Mərcanlı kənd tam orta məktəbi arasında əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunub.

O əlavə edib ki, bu cür səfərlər şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə müsbət təsir göstərir.

Daha sonra məktəblilər ön xətdə xidmət edən əsgər və zabitlərlə görüşüblər. Vətənin keşiyində mübariz dayanan hərbçilərə bayram sovqatı verilib.

aia.az





559 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}