Mobil versiya
Dağ Kəsəmən 2 saylı körpələr evi-uşaq bağçasında Novruz bayramı keçirildi
Tarix: 13-03-2019 | Saat: 17:53
Bölmə:Ölkə | çapa göndər

Dağ Kəsəmən 2 saylı körpələr evi-uşaq bağçasında Novruz bayramı keçirildi




Rayonun Dağ Kəsəmən 2 saylı körpələr evi-uşaq bağçasında Azərbaycan xalqının milli adət ənənələrini özündə birləşdirən xalqımızın qədim bayramı olan Novruz bayramı qeyd olunub.

aia.az xəbər verir ki, tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin məsul işçisi Əziz Məsmalıyev çıxış edərək uşaqları, onların valideynlərini, bağçanın kollektivini və tədbirə dəvət edilmiş qonaqları bayram münasibətilə təbrik edib, onlara əmin-amanlıq, ruzi-bərəkət və firəvan həyat arzulayıb. Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, mahnılar,rəqslər ifa edilib, səhnəciklər göstərilib. Şənliyin ən maraqlı anları isə azyaşlıların “Novruz bayramı” na, yazın və baharın gəlişinə, keçəl ilə kosaya aid şeirlər söyləyləməsi olub. Tədbirdə uşaqların rəngarəng rəqsləri maraqla izlənilib. Uşaqlar Bahar qız, keçəl və kosa obrazlarını canlandıraraq şənliyi daha da yaddaqalan ediblər. Bayram tədbiri şən rəqslərin ahəngi ilə yekunlaşıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024