Mobil versiya
Ağstafada «Narkomaniyaya yox» dedilər - Fotolar
Tarix: 13-03-2019 | Saat: 16:40
Bölmə:Ölkə | çapa göndər

Ağstafada «Narkomaniyaya yox» dedilər - Fotolar


Ağstafa şəhər 3 saylı tam orta məktəbində 9-11-ci sinif şagirdləri arasında sağlam həyat tərzinin təbliği, onların həyatı üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Ağstafa rayon İcra hakimiyyəti, rayon prokurorluğu, rayon polis şöbəsi və Gənclər və idman idarəsi ilə birlikdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi. Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, müəllimlər iştirak etdilər.



Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Eyyubova qonaqları salamlayaraq tədbirin əhəmiyyəti barədə danışdı və ümumdünya problemi olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Lalə Eyyubova qeyd etdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir.



Rayon polis şöbəsinin rəisi polis palkovniki Elsəvər Aslanov, rayon prokurorunun köməkçisi Rəhim Hüseynli, Gənclər İdman idarəsinin baş məsləhətçisi Turan Hüseynov, Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli və başqaları çıxış edərək rayonda dini radikalizm, erkən nigahlar, insan alveri, zərərli maddələrin dövriyyəsinə qarşı keçirilən tədbirlər və görülən profilaktiki işlər barədə geniş məlumat verdilər. Dini radikalizm və zərərli maddələrin cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.



aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024