Deputat: “İnanmıram ki, İran Azərbaycanı Ermənistana sata”
Tarix: 13-03-2019, 15:18 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Deputat: “İnanmıram ki, İran Azərbaycanı Ermənistana sata”


“İran bizə dost ölkədir".Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə son günlər İran-Azərbaycan sərhədində baş verən insidentlərdə "erməni əlinin" olması ehtimalına münasibət bildirərkən deyib.



Deputat bildirib ki, ticarətlə siyasət bir-birindən fərqlənir. Bunları qarışdırmaq olmaz. “Biz ticarəti siyasətlə qarışdırmamalıyıq. İranın bizim xoşumuza gəlməyən ölkələrlə ticarət münasibətləri ola bilər. Ancaq siyasətdə inanmıram ki, İran Azərbaycanı Ermənistana sata və bizim əksimizə gedə. Çünki buna səbəb də yoxdur”.



O qeyd edib ki, Prezident İlham Əliyevin İrana səfər etməsi, İran prezidentinin və dini rəhbərlərin Azərbaycanhaqqında dedikləri iki ölkə arasındakı münasibətlərin yaxşı olmasından xəbər verir.



“Mən özüm də İranın ali dini lideri Əli Xamenei ilə 2 dəfə görüşmüşəm. Onun Azərbaycan haqqında danışdıqlarını mən eşitmişəm. Ona görə də mən inanmıram ki, İran erməni ilə bağlı məsələyə qol qoyub, şərait yaratsın. Biz unutmamamlıyıq ki, Ermənistan bizə düşmən ölkədir. Hər tərəfdən yoxlamalar aparImalı və ayıq, sayıq olmalıyıq".



Qeyd edək ki, son bir neçə gündür, Azərbaycan- İran sərhədində insident müşahidə olunur. Belə ki, bir neçə gün bundan qabaq Füzuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib, nəticədə bir sərhədçimiz ölüb, biri isə yaralanıb.



Ötən gün də sərhəddə 6 nəfər silahlı naməlum şəxslər müşahidə olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb.

aia.az



550 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}