İlham Əliyev BMT rəsmisini qəbul etdi - YENİLƏNİB
Tarix: 13-03-2019, 15:15 | Saat: 15:47:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

İlham Əliyev BMT rəsmisini qəbul etdi - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqeni qəbul edib.

Modern.az xəbər verir ki, bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



Dövlət başçısı BMT İnkişaf Proqramının ölkəmizdə iyirmi ildən artıq bir dövrdə uğurla fəaliyyət göstərdiyini qeyd edərək, xüsusilə Azərbaycanın müstəqilliyinin ilk illərində bu Proqramın və BMT-nin digər ixtisaslaşmış təsisatlarının ölkəmizə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.



BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqer Azərbaycanın yüksək göstəricili orta gəlirli ölkələr sırasında olduğunu qeyd edərək BMT İnkişaf Proqramının Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu bildirib. O, BMT İnkişaf Proqramının iqtisadi şaxələndirmə, xırda və orta sahibkarlığın inkişafı və Azərbaycan üçün prioritet olan digər sahələrdə ölkəmizlə uzunmüddətli tərəfdaşlığa hazır olduğunu deyib.



Görüşdə Azərbaycanın beynəlxalq humanitar layihələrə verdiyi töhfənin əhəmiyyəti qeyd olunaraq bu sahədə Azərbaycan və BMT İnkişaf Proqramı arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

aia.az



554 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}