Mobil versiya
Ağstafada şəhid qardaşların xatirəsinə rayon birinciliyi keçirildi
Tarix: 13-03-2019 | Saat: 10:10
Bölmə:Ölkə | çapa göndər

Ağstafada şəhid qardaşların xatirəsinə rayon birinciliyi keçirildi


9-10 martda Ağstafa rayon Gənclər və idman idarəsinin, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə Ağstafa şəhər 2 saylı tam orta məktəbin idman zalında Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Qırılı kənd sakinləri Abbasov Xəyat və Abbasov Bakir qardaşlarının xatirəsinə həsr edilmiş Kikboksinq idman növü üzrə rayon birinciliyi keçirildi. Birincilikdə uşaq, yeniyetmə və gənclər arasında 26 çəki dərəcəsində Gəncə, Mingəçevir şəhər, Tərtər, İmişli, Şəmkir, Naftalan, Ağcabədi, Goranboy, Bərdə rayonlarından ümumilikdə 150 nəfər idmançı mübarizəyə qatılıbdır.



Açılış mərasimində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.



Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin rayon şöbəsinin rəisi Nazim Çələbiyev, rayon Gənclər və idman idarəsinin baş məsləhətçisi Turan Hüseynov və digərləri çıxışlar edərək Xəyat və Bakir qardaşlarının şücaətli döyüş yollarından danışdılar. Bildirildi ki, Ümummilli liderin siyasi xəttinin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrətli ordusu işğalda olan torpaqlarımızı azad edəcək, Azərbaycanımızın üçrəngli bayrağını doğma Qarabağımızda dalğalanacaq.



Tədbirdə çıxış edən şəhid qardaşların anası Firəngiz Abbasova övladlarimin xatirəsinin belə tədbirlərdə yüksək ehtiram hissi ilə anıldığı üçün rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.



Sonda birincilikdə mübarizə aparan qalib idmançılar Ağstafa rayon Gənclər və idman idarəsinin təhsis etdiyi diplom və medallarla təltif olundular.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024