Mobil versiya
Paşinyan danışıqların aparılması üçün şərtlərini irəli sürdü
Tarix: 12-03-2019 | Saat: 16:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

Paşinyan danışıqların aparılması üçün şərtlərini irəli sürdü


Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında çıxış edib.



Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, açıqlamasında o, həmsdrlərin irəli sürdüyü 3 prinsip və 6 elementin dəqiqləşdirilməsini tələb edib.



"Hər hansı spekulasiyalara yol verməmək üçün rəsmən bəyan edirəm ki, Ermənistan Respublikası Qarabağın təhlükəsizliyinin 1 nömrəli təminatçısı olub və olacaq, həmçinin danışıqlar prosesində iştirakını davam etdirəcək. Daha bir vacib suala cavab vermək lazımdır: ATƏT-in Minsk Qrupunun danışıqlar prosesi üçün əsas olacaq 3 prionsip və 6 element Ermənistan Nazirlər Kabineti tərəfindən qəbul olunurmu? Bu doğurdan da vacib məsələdir və biz əlavə izahda ehtiyac duyuruq. Bu pronsiplər praktikada nə məna verir və bu prinsipləri şərh etmək hüququ kimə məxsusdur? Bu vacibdir, çünki Azərbaycanın bununla bağlı şərhləri bizim üçün qəbuledilməzdir. Düzdür, biz də prinsiplərlə bağlı öz şərhlərimizə verə bilsək də, məqsədimiz söz güləşdirmək deyil, effektiv danışıqlar aparmaqdır. Və danışıqlar üçün əsas heç bir fərqli yanaşmaya yol verməyəcək açıqlamalar olmalıdır. Amma həmsədrlərin təklif etdiyi prinsip və elementlər son 10 ildə ən fərqli şərhlərə yol açıb. Ona görə də, danışıqlar prosesinin bu mərhələsində əsas olan həmin 3 prinsip və 6 elementin izahı olmalıdır. Biz belə danışıqlara da hazırıq"-deyə Nikol Paşinyan jurnalistlərə deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024