Mobil versiya
Prokuror baş redaktora şərti cəza istədi
Tarix: 12-03-2019 | Saat: 16:25
Bölmə:Gündəm | çapa göndər

Prokuror baş redaktora şərti cəza istədi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

aia.az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror A.Məmmədovun 5 il 6 ay azadlıqdan məhrum edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə barəsində 2 il sınaq müddətinə şərti cəza təyin olunmasını istəyib.

Məhkəmənin baxış iclası martın 15-nə təyin olunub.

Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024