Mobil versiya
Hafiz Hacıyev canlı yayımda ayaqqabısını çıxardı - “On yerdən yamağı var, kostyumumda 13 manatdır”
Tarix: 12-03-2019 | Saat: 15:30
Bölmə:Media | çapa göndər

Hafiz Hacıyev canlı yayımda ayaqqabısını çıxardı - “On yerdən yamağı var, kostyumumda 13 manatdır”


Müasir Müsavat Partiyasının sədri "Yeni Müsavat" qəzetinin "Facebook" səhifəsindəki canlı yayımda ayaqqabısını çıxardıb.

Partiya sədri maddi durumundan şikayətlənib:

"Mən acından ölənin biriyəm, ayaqqabımın on yerdən yamağı var. Pinəçi deyir ki, sənin ayaqqabın o qədər köhnəlib ki, yamaq götürmür. Kostyumumun qiyməti 13 manatdır".

H.Hacıyevin ayaqqabısını göstərəndən sonra bir neçə tamaşaçı ona ayaqqabı almaq təklifi edib. H.Hacıyev qarşılığında "Partiyamız Azadlıq prospektində yerləşir. Buyursunlar, ora gətirsinlər" - deyə bildirib. (yeni sabah)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024